AVA TeleTibb Proqramı


AVA TeleTibb Proqramı insanlarımıza fərqli ixtisas sahələri üzrə dünyanın aparıcı klinikaları və ən öncül tibb mütəxəssisləri ilə online konsultasiya imkanları təklif edir. Bunun üçün xəstənin xaricə səfər etməsinə ehtiyac yoxdur! AVA TeleTibb Proqramı vasitəsilə Siz müasir texnoloji imkanlardan istifadə edərək ABŞ və Almaniya kimi ölkələrin həkimləri ilə görüşə və online rejimdə məsləhət alma imkanlarından yararlana bilərsiz.

AVA Teletibb xidmətləri xaricdə müalicə almaq istəyən xəstələr üçün xüsusi əhəmiyyətlidir. Bəllidir ki, xəstələrimizin xarici ölkələrə tibbi məqsədlərlə səfərləri heç də həmişə onların gözləntilərini qarşılamır. Bir qayda olaraq buna səbəb həkimlə ilkin məsləhətləşmənin və ya həkimdə xəstə barəsində yetərli informasiyanın olmamasıdır. Odur ki, böyük xərc çəkib xarici ölkələrə səfər etməzdən öncə ilkin online tövsiyyə bu problemlərin qarşısını alır. Bizim sistemimizdən istifadə edərək, xəstələr səfərdən öncə öz dolğun məlumatlarını xarici mütəxəssislərə göndərə və onlarla ilkin konsultasiya əldə edə bilərlər. Bununla, səfəri daha planlı və məqsədyönlü təşkil etmək mümkündur.​

Biz Teleradiologiya, Telepatologiya, Telekonsultasiya, habelə Yazılı Konsultasiya və Konsilium xidmətlərini təklif edirik. İstifadə etdiyimiz sistem xəstə məlumatlarının gizliliyini təmin edir və bu sahədə olan beynəlxalq tələblərə cavab verir. AVA-Teleradiologiya vasitəsilə sistemimizə yüklənmiş rentgen, KT, MRT, US, və s. kimi radioloji müayinələrin nəticələri aparıcı radioloqlar tərəfindən təhlil ediləcək.​

Təklif etdiyimiz sistemin daha bir üstünlüyü Xəstə haqqında bütün məlumatların (xəstəlik tarixçəsi, bu günə qədər aparılmış müayinələrin nəticələri; laboratoriya göstəriciləri, eləcə də qastroskopiya, angioqrafiya kimi müayinələrin videogörüntüləri və s., aldığı müalicələr) sistemimizdə yerləşdirilməsi və xəstənin istəyi üzrə dünyanın hər hansı bir yerində istənilən mütəxəssis üçün açıla bilmə imkanıdır. Beləliklə, xarici tərəfdaşlarımız xəstə haqqında geniş informasiyaya malik olur və mümkün müayinə və müalicə taktikası haqqında öz tövsiyyələrini verir. Bunun üçün bizim Yazılı Konsultasiya xidmətimizdən istifadə edə bilərsiniz. Ehtiyac olduğu təqdirdə mütəxəssilər xəstə ilə Telekonsultasiya- canlı videogörüntü vasitəsilə görüşür. Bundan əlavə, Konsilium da təşkil edilir. Bu, xüsusilə şiş xəstəlikləri zamanı çox müraciət olunan xidmət növü olub, bir neçə mütəxəssisin müayinə və ya müalicə taksikasını müzakirə etmək imkanı verir.​

Beləliklə, xəstələr evi tərk etmədən- pula və vaxtlarına qənaət edərək dünyanın aparıcı tibb mütəxəssisləri ilə konsultasiya əldə etmiş olacaqlar.​

Hər hansı bir
sualınız varsa, bizə
e-poçt göndərə və ya
zəng edə bilərsiniz


Bütün suallarınızı cavablandıracağıq.

Müraciət Edin
Azərbaycanca