TELE
RADİOLOGİYA


AVA Teletibb Proqramı xəstələrə teleradiologiya xidmətini təklif edir. Bizim yüksək ixtisaslı radioloqlar sizi radioloji reportlar və fərdi teleradiologiya xidmətləri ilə təmin edir. İstifadə etdiyimiz sistem xəstə məlumatlarının gizliliyini təmin edir və bu sahədə olan beynəlxalq tələblərə cavab verir.


TELERADİOLOGİYA NƏDİR?

Teleradiologiya xəstələrin rentgen, KT, MRT kimi radioloji şəkillərinin digər radioloq və həkimlərə təhlil və diaqnostika məqsədilə göndərilməsidir.


NİYƏ TELERADİOLOGİYA?

Sərfəli qiymət – Teleradiologiya xidmətinin əsas üstünlüklərindən biri maddi cəhətdən əlverişli olmasıdır. Qiymətlər radioloji müayinənin növündən (KT, MRT, Ultrasəs və s.) və cavablanma müddətindən asılı olaraq dəyişir.

Expert rəyi – Xüsusi ixtisaslı radioloqlardan tövsiyyə almaq imkanı.


XİDMƏTDƏN NECƏ İSTİFADƏ ETMƏLİ?

Teleradioloji xidmətdən istifadə etmək üçün +994123103451 və ya +994774570017 nömrələri ilə əlaqə saxlayın və ya sadə müraciət formunu doldurun.


İKİNCİ
FİKİR


Yazılı Konsultasiya ikinci həkimin (bu halda xarici mütəxəssis) xəstənin diaqnozu və birinci həkiminin müalicəsinə əsaslanaraq öz fikir və tövsiyyələrini İkinci Fikir olaraq yazılı şəkildə bildirməsidir. Beləliklə, xəstə sağlamlıq probleminin alternativ müalicə variantları barədə öyrənə və ya hal-hazırda həkimi tərəfindən aparılan müalicə barəsində əminlik qazana bilər. Yazılı Konsultasiya yüksək ixtisaslı həkimlər tərəfindən xəstənin anamnestik, əvvəlki müayinə və müalicə məlumatları əsasında verilir.

Yazılı Konsultasiya aşağıdakı mərhələlərlə həyata keçirilir:

1. Müfəssəl xəstəlik tarixçəsi, eləcə də həyata keçirilmiş fərqli müayinələrin nəticələri (radioloji, laborator və histoloji müayinələr) və müalicələr bizim sistemimizə daxil edilir. Bunun üçün müraciət formasında verilmiş sualları xəstə və ya həkiminin cavablandırması və bizim həkimlə görüş təyin etməsi vacibdir. Radioloji müayinə şəkilləri (KT, MRT, ultrasəs və s.) və videomateriallar (məsələn, endoskopiya, angiografiya və s.) bizə elektron variantda təqdim edilməlidir.

2. Bu məlumatlara əsaslanaraq, xarici əməkdaş mütəxəssis tərəfindən növbəti müayinə və müalicə tədbirlərinə dair yazılı report hazırlanır. Bu report bizim sistemdə saxlanılır.


TELE
KONSULTASİYA


Telekonsultasiya xəstənin xarici mütəxəssislə canlı video-bağlantısı şəklində təşkil olunur və xəstəliklə bağlı müayinə və müalicə taktikası müzakirə edilir. Xəstənin yerli həkiminin müzakirədə iştirakı arzuolunandır. Belə ki, bu, xəstənin müalicə üçün xaricə getməyəcəyi halda, müalicəsinin daha yaxşı təşkili üçün əhəmiyyətlidir.

Telekonsultasiya aşağıdakı mərhələlərlə həyata keçirilir:

1. Müfəssəl xəstəlik tarixçəsi, eləcə də həyata keçirilmiş fərqli müayinələrin nəticələri (radioloji, laborator və histoloji müayinələr) və müalicələr bizim sistemimizə daxil edilir. Bunun üçün verilmiş sualları xəstə və ya həkiminin cavablandırması və bizim həkimlə görüş təyin etməsi vacibdir. Radioloji müayinə şəkilləri (KT, MRT, ultrasəs və s.) və videomateriallar (məsələn, endoskopiya, angiografiya və s.) bizə elektron variantda (DİCOM formatında) təqdim edilməlidir.

2. Daha sonra xəstə, eləcə də onun yerli həkiminin online rejimdə bizim xaricdəki əməkdaş mütəxəsisslərlə videokonfrans təşkil edilir.

3. Videokonfransdan sonra xarici əməkdaş mütəxəssis tərəfindən yazılı report hazırlanır. Bu report bizim sistemdə saxlanılır.


KONSİLİUM


Fərqli xəstəliklərin diaqnostika və müalicəsində uğurların əldə olunmasına baxmayaraq, bəzi hallarda düzgün diaqnozun tapılmasında hələ də çətinliklər mövcuddur. Digər tərəfdən, bəzən düzgün diaqnoz bilinsə belə, daha optimal müalicə üsulu sual olaraq qalır. Belə hallarda fərqli mütəxəssislərin iştirakı ilə Konsilium ən doğru və vacib yanaşmadır. Hər gün yeni və effektiv müalicə üsullarının təklif edildiyi bu günlərimizdə bu xüsusilə aktualdır. Odur ki, belə hallarda fərqli ixtisas sahiblərinin iştirakı ilə müzakirə daha optimal müalicə üsulunun müəyyən edilməsi üçün vacibdir. Bu gün xərçəng xəstəliklərinin müalicə və diaqnostikasında məhz bu yanaşma dünyada standart olaraq qəbul edilmişdir. Müasir klinikalarda hər bir xərçəng xəstəsi fərqli mütəxəssislərin üzvü olduğu “Tumorboard”larda müzakirə olunaraq diaqnostik və müalicə addımları qərara alınır. Məhz bu interdissiplinar yanaşma Qərb ölkələrində xərçəngin müalicəsində uğurlarının əsas səbəblərindən biridir.

Bu xüsusiyyəti nəzərə alaraq sistemimiz çətin xəstəlik hallarını online rejimdə müzakirə etmək üçün Konsilium xidmətini təklif edir. Bu diskussiyalar aşağıdakı suallara cavab tapmaqda kömək edəcək: diaqnoz düzgündürmü, təklif edilən müalicə optimaldırmı, alternativ müalicə üsulları mövcuddurmu, digər dərman maddələri mövcuddurmu, digər cərrahi müalicə üsulu varmı, daha yaxşı müalicə üsulu təklif edə bilən yeni elmi tədqiqatlar mövcuddurmu?

Müraciət Edin
Azərbaycanca